Üçtərəfli sazişlər paketi qüvvədədir| İcra edilməmiş 9-cu bəndin növbəsi çatıb

2024/04/1714125357.jpg
Oxunub: 877     10:23     27 Aprel 2024    
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər paketi qüvvədə qalır və tərəflərdən heç biri onların ləğvi barədə açıqlama verməyib.

Üçtərəfli sazişlər paketində qeyd olunan detallar hissə-hissə həyata keçirilir. Hətta işğal altında olan kəndlər məsələsi ilk versiyadan çıxarılsa da, artıq bu məsələ də öz həllini tapıb. Əslində Zaxarovanın açıqlamalarında təəccüblü heç nə yoxdur, tərəflərdən heç biri paketin mövcudluğunu dayandırmaq, onu qüvvədən salmaq barədə açıqlama verməyib. Ermənistan faktiki olaraq üçtərəfli sazişləri ləğv etməyə çalışsa da, Azərbaycan buna imkan verməyib. Hələ sazişin icra edilməmiş 9-cu bəndi qalır və rəsmi Bakı mütəmadi olaraq bu barədə açıqlamalar verir.

İrəvan 10 noyabr razılaşmalarının ləğv edildiyini açıqlayıb, lakin belə bəyanatın verilməsi bir şeydir, Ermənistanın artıq bunu, eləcə də digər üçtərəfli bəyanatların altındakı öz imzasını tanımadığı ilə bağlı birbaşa qeyd başqa bir şeydir. Həmçinin aydındır ki, Rusiya da ləğvi, qanunla qüvvədən düşmüş kimi tanımanı elan etmir, çünki Moskva üçün bir bəndlə olsa da irəli getmək, üstəlik də 9-cu bəndlə irəli getmək vacib əhəmiyyətə malikdir.

İrəvanın imzanın geri götürülməsini və ya etibarsız olduğunu rəsmən elan etməməsi prosesin inkişafında maraqlı olmayan dairələrdə tez-tez səsləndirilən sualdır. Bu hal İrəvanın hadisələrin inkişafının özü üçün hər hansı bir daha arzuolunmaz ssenarisi ilə bağlı malik olduğu təşvişi sübut edirmi və ya göstərirmi? Qeyd olunan ssenari halında İrəvan 10 noyabr bəyanatının 9-cu bəndini, hətta ən yaxşı hal kimi nəzərdən keçirə bilər.

Hər halda, Ermənistanda nə qədər əks açıqlamalar səsləndirilsə də, rəsmi İrəvan üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməyəcəyi təqdirdə hansı dəyişikliklərlə üzləşə biləcəyini yaxşı dərk edir. Bu baxımdan İrəvanın davranışında başqa məntiq axtarmaq yersiz olardı. Təkrar edirik, üçtərəfli bəyanatın əslində mövcud olmadığını bəyan etmək bir şeydir, Ermənistanın rəsmən həmin bəyannamələrdən çıxdığını və 9-cu bəndi qüvvədən düşmüş kimi tanıdığını bəyan etmək başqa bir şeydir. Bu hal isə Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların hələ də qüvvədə olduğuna açıq işarədir.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan   Zəngəzur-Dəhlizi  


Bizi "telegram"da izləyin